Adenoid nədir nə iş görür? Adenoidektomiya – burun eti emeliyyatı.

Burun eti (adenoid) bədənimizin mikroblarla mübarizə aparması üçün ağız və burnun gerisində yerləşən limfoid toxumalardr. Belə limfoid toxumalar bir neçə dənə olub, Piroqov-Valdeyer həlqəsini əmələ gətirir.  Bunlardan burnun arxasında (burun udlaqda) olan tonzilla farinqeya (adenoid, burun udlaq eti), boğazda hər iki yan tərəfdə olan tonzilla palatina (damaq badəmciyi), dil kökündə (tonzilla glossus-dil badəmciyi), yevstax borusu ətrafında  (tonzilla tubarius) olan limfoid toxuma yığınlarını göstərmək olar. Bu limfoid toxumalar orqanizmə daxil olan virus və bakteriyaları qarşılıyır, tutur, uzun müddət içində onları tanıyır, onlara qarşı anti cism hazırlayaraq immun sistemimizin formalaşmasını təmin edirlər. Xüsusilə badəmcik ( boğaz eti) və burun əti (adenoid)  5-6 yaşına qədər getdikcə böyüyür, sonra kiçilməyə başlayır və 11 yaşında yetkin bir insandakı ölçüsünə çatır. Xüsusilə tez-tez keçirilən infeksiyalar və allergiyadan sonra bu toxumalar çox da kiçilmirlər, əksinə böyük qalırlar. Normal bədən üçün qoruyucu olan bu toxumalar nəticədə öz  vəzifəsini və  funksiysını görə bilmir, beləliklə özləri bir infeksiya mənbəyinə çevrilir və əməliyyat hesabına aradan qaldırılması məsləhət görülür. Burun eti (adenoid) 3 aydan uzun müddətdə burun tıxanıqlığına, ağzı açıq yatmağa səbəb olacaq qədər böyüyubsə və kiçilmirsə, tez-tez sinusit və ya orta qulaq iltihabı, orta qulaqda maye yığılmasına səbəb olursa, onun götürülməsi məsləhət görülür.

Bəzən bademcikburun eti heç iltihablanmasa belə çox böyümüş  və yuxu apnoyesinə (yuxuda arabir nəfəs durması hallarının olmasına) səbəb olursa, yenə əməliyyatla kəsilib götürülməsi lazımdır. Bademcikadenoid problemi olan uşaqlarda ümumilikdə iştahsızlıq və yaşıdlarına görə böyümə və inkişafdan qalma müşahidə edilir. Əməliyyat yaşı ümumilkidə adətən 3 yaş və üzəridir . Ancaq yuxu apnoyesinə səbəb olursa, çox daha erkən yaşda əməliyyat edilməlidir. Yuxu apnoesinin riskləri əməliyyat risklərindən daha çoxdur. Funksiyasını yerinə yetirə bilməyən bademcikadenoidin alınması immun sistemində heç bir çatışmamazlıq yaratmır.