Burun balıqqulaqları əməliyyatından sonra hansı fəsadlaşmalar görülə bilər ?

Burun balıqqulaqları emeliyyatından fəsadlaşmalar nadirdir.

Rast gəlinən fəsadlaşmalar aşağıdakılardır:

1)Qanaxma. Müdaxilə tələb edən qanaxma halı 1% altındadır.

2)İnfeksiya

3)Burun içində sinexiya (yapışma)

4)Boş burun sindromu burun etinin həddinən artıq və ya tamamən alınması bəzi hallarında yaranır.Belə adam burudan rahat hava keçməsinə baxmayaraq havanın keçdiyini hiss edə bilmir.

Burun klapanı darlığı diaqnozu necə qoyulur?

Burun klapanı yetməzliyi olanlarda ümumiyyətlə dar bir burun qurluşu görünür. Burundan dərin nəfəs aldığında burun yan divarında içəriyə doğru çökmə, görünür.

burun baliqulagiNormal halda burun klapanı (Nazal valve ) 10-150 olur. Bu bucaq daraldığı zaman nəfəs alma çətinləşir.   Cotle manevrası dediyimiz testdə xəstə normal nəfəs alıb verərkən müayinə edilən burun dəliyi tərəfindəki yanaq yuxarıya doğru xaricə (yana və yuxarı) doğru çəkilir.

burun ceper eyriliyiNəfəs almaqda rahatlama olursa test müsbətdir. Burun klapanından başqa  xaricində burun tıxanıqlığı yarada bilən səbəblərin araşdırılması lazımdır. Bunun üçün burun  güzgüsü deyilən alətlə burun qanadları biraz açılaraq burun boşluğu müayinə edilir. Burun çəpərinin (burun arakəsməsinin) arxa qismi burun ətləri sinus kanallarının burun içinə açıldığı yerləri də görmək üçün endosopik müyainə edilir. Endoskopik müayinədə burun endoskopu  deyilən ucunda  kiçik kamera və işıq olan 2.7 və ya 4mm qalınlığında  alətlə burun içindən müayinə edilir. Hər iki müayinə üsulu ağrısızdır və qısa sürür, burun klapanı  çatmamazlığı diaqnozu üçün  adətən xüsusi tədqiqata ehtiyac yoxdur. Ancaq akustik rinometriya və rinomanmetriya testi ilə  burun klapanındakı daralma  obyektiv olaraq ortaya qoyula bilər. Burun klapanı yetməzliyi öz bərabərində burun çepəri eyriliyi, burun etlərində həddindən artıq böyümə, sinusit, polip kimi başqa problemləri də varsa komputer tomoqrafiyası çəkilərək burun və burun ətrafındakı sinusların vəziyyəti dəyərləndirilir .