Pasiyentləri maraqlandıran məqamlar
Ən çox soruşulan suallar
Estetik burun əməliyyatı ağrılı bir əməliyyatdırmı?

Əməliyyatdan sonra burunda və üzdə çox ciddi göyərmələr, həftələrcə qalan şişliklər, dözülməyəcək şəkildə olan ağrılar artıq keçmişdə qaldı. Belə ki, əməliyyat sonrasında burun tutulması, nəfəs almaqdan əziyyət çəkmə kimi şikayətlər də xəstələrin dilindən düşdü.

Estetik burun əməliyystından sonra üzdə göyərmə olurmu?

Estetik burun əməliyyatında ğöyərmənin şişmənin əsas səbəbi osteotomiya dediyimiz burun sümüklərinin qırılması prosesidir. Burunu şəkilləndirmək üçün burun sümükləri çəkic iskənə və ya müxtəlif motor sistemlərdən istifsdə edilməklə qırılır. Bu zaman sümüklərlə yanaşı orada olan yumşaq toxumalar eləcə də xırda damarlar da zədələnir və nəticədə qansızma olur. Bu isə əməliyyatdan sonra göyərmə və şişkinliyin əmələ gəlməsinə səbəb olur.

Piezo Bizi və pasiyentlərimizi bu əntişədən qurtardı. Belə ki, indi biz sümükləri qırmırıq piezo vasitəsilə ultrasəs dalğaları ilə kəsirik. Bu zaman yumşaq toxumalar damarlar sinirlər heç bir zədə almır. Piezo yalnız sərt toxumanı yəni sümüyü kəsir, yumşaq toxumaları, damarları isə zədələmir. Nəticədə əməliyyatdan sonra göyərmə və şişkinliklər yox deyiləcək qədər az olur. Bu da əməliyyatdan sonrakı dövrün daha rahat keçməsinə, pasiyentlərin normal iş həyatına və sosial çevrəyə daha tez dönməsinə səbəb olur.

Niyə estetik burun əməliyyatı etdirməliym?

Burnunuzun görünüşü sizi çox narahat edirsə,sizə kompleks yaradırsa və bu vəziyyət sizi psixoloji olaraq da harahat edəcək həddə gəlib çatıbsa, o zaman estetik burun əməliyyatından fayda görən milyonlarca insan kimi siz də fayadalana bilərsiniz.

Estetik Əməliyyatdan öncə aparılan endoskopik müayinə nə üçün vacibdir?

Estetik burun əməliyyatdan öncə endoskopik müayinənin aparılması, eləcə də burun tənəffüsü və iybilmə çətinliyi kimi halların araşdırılması ən azı estetik qədər vacibdir.

Endoskopik müayinə nəticəsində burun içərisində burun çəpəri əyriliyi, poliplərin olması, xroniki sinusit əlamətləri, burun klapanı darlığı(nazal valv problemi), adenoidin olması və s. bu kimi problemləri, patologiyaları ekranda daha aydın şəkildə görmüş oluruq. Bu problemlər gözdən qaçarsa və ya ciddiyə alınmazsa, əməliyyatdan sonra daha ciddi problemlərlə üzləşilə bilər ki, bu halda da təkrar əməliyyat ehtiyacı yarana bilər. Lakin bu problemlırin hamısının bir əməliyyatda həll olunması lazımdır ki, o üzdən biz də endoskopik müayinəyə xüsusi önəm veririk.

Burun əməliyyatı olmadan öncə hazırlıq dövrü necə olur?

Burun əməliyyataı olmağa qərar verdinizsə, əmliyyatdan öncə arzu etdikləriniz, əməliyyatdan gözlədiyiniz nəticələri mütləq doktorunuz ilə paylaşmalısınız, müzakirə etməlisiniz.Hətta şəkliniz üzərində kompüterdə bir çalışma aparılıb, məsləhətləşib bir ortaq məxrəcə gəlmək lazımdır.Bu çalışmaya da xüsusi önəm verilməlidir.

İstifadə etdiyiniz dərmanlar varsa doktorunuza bildirməli, aspirin kimi qanaxmanı artıran dərmanlar əməliyyatdan əvvəl və sonra istifadə edilməməlidir.
əməliyyatdan bir neçə gün əvvəldən başlayaraq siqaret və spirtli içkilər istifadə etməməlisiniz.Əməliyyatdan bir gün əvvəlki gecə saat 12 dən sonra su daxil heç bir qatı və maye qida qəbul etməməlisiniz.

Əməliyyatdan sonra geymək üçün öndən düyməli, fermuarlı paltarlar seçilməlidir.Başdan keçən paltarlar buruna zərər verə bilər.

Əməliyyatdan sonra nələrə diqqət edilməlidir?

Əməliyyatdan sonra üzə buz maskası istifadə olunacaq. Zəif də olsa bir qədər şişkinlik yaranacaq. Özünüzü buna hazırlamalısınız.Rahat nəfəs almaq üçün əməliyyat vaxtı burun içərisinə yurləşdirilən borulu splintlər ortalama 3-4 gün burnunuzda qalmalıdır. Bu splintlər burun içərisində bitişmələrin əmələ gəlməsinin qarşısını alır.

Burnunuzu hər cür zərbələrdən qorumağınız lazımdır. Burun arxasında olan termal splint bir qeder hündür qalxmış görünə bilər.Bundan narahat olmamalısınız.

Qısa vaxt içərisində burnunuz doğru formasını əldə edəcəkdir.ortalama 7-10 gün içərisində burun arxasındakı splint götürülür. Yapışdırılan bandları da 7 gün sonra özünüz belə sökə bilərsiniz.

Bir ay sonra yüngül sportla məşğul olmaq olar. 3 ay gözlük taxmaq və günəş altında qalmaq olmaz.

PİEZOSEPTOPLASTİKA nedir?

Septoplastikanı artıq PİEZO ilə edirik.Çəkicsiz, Tamponsuz, ağrısız burun çəpərinin düzəldilməsi - PİEZOSEPTOPLASTİKA ilklərə imza atıldı.

Əvvəllər burun çəpəri əməliyyatı (septoplastika) 17-18 yaşdan sonra məsləhət görülürdü(üz skeleti formalaşdıqdan sonra). Çünki septoplastika yox, selikli qişaaltı rezeksiya olunurdu ki,bu əməliyyatdan sonra çoxlu fəsadlar rast gəlinirdi.Hal-hazırda dünyada yaş həddi aradan qaldırılaraq fərdi yanaşmağı, burun tənəffüsünün bərpa olunması və qoruyucu, daha az travmatik, bərpaedici , burunun gələcəkdə düşməməsi, deşilməməsi, formasının qorunub saxlanılması üçün çəpərin əyri hissələrinin düzəldilərək təkrar yerinə qoyulub düzgün tikilməsi - SÖZÜN HƏQİQİ MƏNASINDA ƏSL SEPTOPLASTİKA əməliyyatı məsləhət görülür. Biz də elə etdik.Burun çəpərini ÇƏKİC-İSKƏNƏSİZ, ən müasir yolla PİEZO ilə ultrasəs dalğaları ilə düzəltdik. Əməliyyatın sonunda burun ucunun düşmədiyi və burun çəpərinin orta xətdə olduğu aydın görünür. Əməliyyat uğurla başa çatdı.Hər kəsə həyatda rahat nəfəs almağı arzu edirik...

Əməliyyat öncəsi Xəstəyə Yaraşan burnu necə seçirsiniz?

Onu qeyd edim ki, hər kəsə özünəməxsus ayrı burun burun düzəldirik. Yəni hər xəstəyə ayrı burun düzəltmək üçün də mütləq əvvəldən düzgün bir planlama lazımdır.Əslində estetik burun əməliyyatının özəlliyi də budur.Öncədən ediləcəkəməliyyatın planlanması lazımdır. Burada xəstə ilə olan əlaqə, ünsiyyət çox vacibdir. Yəni Əslində beem nın uuğurlu olmasını müəyyən edən əsas amil xəstə ilə həkim arasında sağlam əlaqələrin olmasıdır.Bunun üçün də bəzən xəstəmizlə bir neçə dəfə görüşəsi oluruq. Bu zaman həm endoskopik müayinə edirik həm də bəzi standart lazım olan suallar veririk. Burnunuzun harası xoşunuza gəlmir, necə bir burun istərdiniz, nəyi istəməzdiniz, nəyə kompleksiniz var? Bu suallara cavab alıb hər kəsə özünəməxsus , arzusuna və tərzinəuyğun bir burun düzəldə bilirik. Bizim məqsədimiz burada hər kəsə eyni burunu kopyalıyıb biz nə istəyiriksə onu etmək deyil. Çünki hər kəsin gözəllik anlayışı fərqlidir yəni bizə görə gözəl olan xəstəmizə görə gözəl eyni olmaya bilər. Mütləq xəstələrimizin öz istədikləri tərzdə bir burun düzəltmək üçün plan qururuq. Xəstəmiz problemlərin bir-bir deyir məsələn burun arxası hündür donqarlıq var,ucu aşağı düşürəyridi ya enlidi və istəklərini də bizə söyləyir. Əgər dedikləri fikirlərlə biz razıyıqsa istədikləri o burundan alınarsa bir ortaq fikrə gəlib bir plan hazırlayırıq. Amma əgər xəstənin istədikləri reallıqlarla düz gəlmirsə, deyək ki dərisi qalındır çox kiçik bir burun istəyir və ya sifət cizgilərinə uyğun gəlməyən bir burun istəyirsə o zaman da ona nəyin olub nəyin olmayacağını izah edirik və bunu da xüsusi proqramla hazırlayıb xəstəmizə göstəririk. Bizim burda əslində yanaşmamız xəstənin istədikləri, mümkün olan nəticələr, bir də bizim edə biləcəklərimizi bir araya gətirib onun azu istəklərinə, tərzinə uyğun bir plan hazırlamaqdır.

Septoplastika nədir?

Septoplastika burun çəpərinin cərrahi yolla əyri hissələrinin düzəldilərək bərpa edilməsi əməliyyatıdır.Əvvəllər selikli qişaaltı rezeksiya edilirdi, belə ki, burun arakəsməsində (buru n çəpərində) olan əyri hissələr kəsilib çıxarılaraq atılırdı, yerinə qoyulmurdu, bu da nəticədə burnun çəpərində deşilmə, burun arxası və ya uc hissəsinin düşməsi,kolumellar retraksiya, flotasiya (burun çəpərinin pərdə kimi oynaması) kimi bir çox fəsadların əmələ gəlməsinə gətirib çıxarırdı. Günümüzdə isə septoplastika əməliyyatı bərpaedici şəkildə əyri hissələri düzəldib yerinə qoyulmaqla qoruyucu əməliyyat edilir ki əməliyyatdan sonra heç bir fəsad olmasın.

Septoplastika əməliyyatından sonra buruna tampon qoyulurmu?

Septoplastika əməliyyatından sonra burun içərisinə tamon qoymuruq. Xüsusi boruları olan silikonlardan istifadə edirik. Silikonlar isə 3-4 gün sonra çıxarılır. Onun da çıxarılması ağrısız və 1 dəqiqəlik işdir.Bəzən də burun çəpərinə əxüsusi tikişlər qoyulur ki, heç borulu silikonlara da ehtiyac olmur.

Rinoplastika hansı yaşda edilir? Ilin hansı fəsli əməliyyat üçün uyğundur?

Rinoplastika üçün aşağı yaş həddi qadinlarda 16 yaş, kişilərdə 17 yaş hesab olunur. Lakin burada orqanizmin inkişafı da fərdi olaraq dəyərləndirilməlidir. Anesteziya baxımından əks göstəriş yoxdursa Rinoplastika üçün yuxarı yaş həddi yoxdur.Əməliyyat 4 fəsildə də oluna bilər. Lakin diqqət edilməli və riayət edilməli qaydalar vardır.Məsələn, yayda əməliyyat edilərsə ilk 2 ay müddətində günəş altında qalmaq olmaz, ilk 2-3 ayda gözlük taxılmamalıdır və s.

Piezo və ya ultrasonik rinoplastika nədir?

Piezo ya ultrasonik rinoplastika burun sümüklərinin ultrasəs dalğaları ilə kəsilərək şəkilləndirilməsi əməliyyatıdır. Bu zaman ultrasəs dalğaları yalnız sərt toxumaları məsələn, sümük toxumasını kəsir yumşaq toxumaları o cümlədən damarları sinirlıri zərələmir. Ona görə də əməliyyatdan sonra göyərmə, şişkinlik yox deyiləcək qədər az olur. Bu da nəticədə xəstənin normal iş fəaliyyətinə və sosial çevrəyə daha tez dönməsinə səbəb olur.

Suallarınızı həkimə ünvanlayın
Onlayn sual-cavab
Saytda verilən suallar birbaşa olaraq həftə ərzində Lor həkimi / lor cərrah Dr. Məzahir Quliyev tərəfindən cavablandırılmaqdadır.