20.Türk Rinoloji Konqresində iştirak edərək həm “Revizyon rinoplastikada əyri burunlara yanaşmamız”, həm də “Pediatric Septoplastikada yeni endonasal qoruyucu metodika” mövzusunda çıxış etmək fürsətimiz oldu. Təqdimatlarımız zamanı uzunmüddətli funksional və estetik stabilliyin qorunmasına yönəlmiş innovativ yanaşmalarımızı, xüsusilə uşaqlarda böyümə mərkəzlərini qoruyan müasir cərrahi prinsipləri və revizyon rinoplastikada struktur stabilliyin əhəmiyyətini dəyərli həmkarlarımızla paylaşdıq. Azərbaycandan 20-dən artıq həmkarımızın iştirak etdiyi bu mötəbər beynəlxalq konqres çərçivəsində 2 canlı cərrahiyyə əməliyyatı da uğurla həyata keçirildi. Elmi müzakirələr, təcrübə mübadiləsi və yeni yanaşmaların paylaşılması baxımından olduqca məhsuldar və dəyərli bir toplantı oldu. Dəvətləri, qonaqpərvərlikləri və göstərdikləri dəstəyə görə təşkilat komitəsinə və bütün dəyərli həmkarlarımıza səmimi təşəkkürümü bildirirəm.
Paylaşılma tarixi: 16 Noyabr 2026