Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda Ulu öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbirdə öz təcrübələrimi dəyərli məsləkdaşlarımızla paylaşmaq fürsətimiz oldu.

Pediatrik septoplastika əməliyyatı haqqında olan və 1970-1990 cı illərə qədər davam edən -Uşaqlarda burun çəpəri (burun arakəsməsi) əməliyyatı olmaz düşüncəsinin artıq bütün dünya alimlərinin klinik çalışmalarla sübut edərək gəldiyi "OLAR" fikri haqqında biz də öz təcrübələrimizi paylaşdıq. Yeni metodikamız barəsində Müəlliflik hüququnun verilməsi (ESTETİK SEPTOPLASTİKA) və Aesthetic Plastic Surgery jurnalında məqaləmizin yayımlanması haqqında və əldə olunmuş uğurlu nəticələrimiz barədə həmkarlarımızla bölüşmə fürsətimiz oldu.
Elm və təcrübənin paylaşılması tibbin inkişafına xidmət edən ən önəmli addımlardandır. Tədbirin təşkilatçılarına və bütün dəyərli həmkarlarımıza təşəkkür edirəm.