Adenoidektomiya (burun əti-adenoid əməliyyatı)
Adenoid nədir nə iş görür? Adenoidektomiya - burun əti əməliyyatı
Burun əti (adenoid) bədənimizin mikroblarla mübarizə aparması üçün ağız və burnun gerisində yerləşən limfoid toxumalardır. Belə limfoid toxumalar bir neçə dənə olub, Piroqov-Valdeyer həlqəsini əmələ gətirir. Bunlardan burnun arxasında (burun udlaqda) olan tonsilla farinqea (adenoid və ya burun udlaq əti), boğazda hər iki yan tərəfdə olan tonsilla palatina (damaq badamcığı), dil kökündə (tonsilla glossus – dil badamcığı), yevstax borusu ətrafında (tonsilla tubarius) olan limfoid toxuma yığınlarını göstərmək olar. Bu limfoid toxumalar orqanizmə daxil olan virus və bakteriyaları qarşılayır, tutur, uzun müddət içində onları tanıyır, onlara qarşı anti-cisim hazırlayaraq immun sistemimizin formalaşmasını təmin edirlər. Xüsusilə badamcıq ( boğaz əti) və burun əti (adenoid) 5-6 yaşına qədər getdikcə böyüyür, sonra kiçilməyə başlayır və 11 yaşında yetkin bir insandakı ölçüsünə çatır. Adətən 12 yaşdan sonra yəni, cinsi yetişkənlik dövründən sonra involyusiyaya uğrayır(geiyə sorulur). Lakin adenoidin ölçüsü çox böyük olduğu zaman geriyə sorulmur və müxtəlif fəsadların yaranmasına səbəb olur. Hətta praktikada 20-30 və yuxarı yaşlarda belə əməliyyat olunası hallar rast gəlinir.
Xüsusilə tez-tez keçirilən infeksiyalar və allergiyadan sonra bu toxumalar çox da kiçilmirlər, əksinə böyük qalırlar. Normal bədən üçün qoruyucu olan bu toxumalar nəticədə öz vəzifəsini və funksiysını həyata keçirə bilmir, beləliklə özləri bir infeksiya mənbəyinə çevrilir. Belə halda əməliyyat hesabına aradan qaldırılması məsləhət görülür. Burun əti (adenoid) 3 aydan uzun müddətdə burun tıxanıqlığına səbəb olursa, ağzı açıq yatmağa səbəb olacaq qədər böyükdürsə (II və III dərəcə) və kiçilmirsə, tez-tez sinusit və ya orta qulaq iltihabı, orta qulaqda maye yığılmasına səbəb olursa, onun götürülməsi məsləhət görülür.
Bəzən badamcıq və burun əti heç iltihablanmasa belə çox böyümüş və yuxu apnoesinə (yuxuda arabir nəfəs dayanması hallarının olmasına) səbəb olursa, yenə əməliyyatla kəsilib götürülməsi lazımdır. Badamcıq və adenoid problemi olan uşaqlarda ümumilikdə iştahasızlıq və yaşıdlarına görə böyümə və inkişafdan qalma müşahidə edilir. Əməliyyat yaşı ümumilikdə adətən 3 yaş və üzəridir. Ancaq yuxu apnoesinə səbəb olursa, çox daha erkən yaşda əməliyyat edilməlidir. Yuxu apnoesinin riskləri əməliyyat risklərindən daha çoxdur. Funksiyasını yerinə yetirə bilməyən badamcıq və adenoidin alınması immun sistemində heç bir çatışmamazlıq yaratmır.
Burun əti hansıdır, adenoid ya balıqqulağı? Burun əti niyə böyüyür?
Əməliyyat qərarının verilməsi üçün xəstənin şikayətləri, anamnezi və müddəti qədər onun müayinə edilməsi də önəmlidir. Uşaqlarda burun əti kimi tanınan Adenoidlər (türkcə - geniz eti) ilə böyüklərdəki burun ətləri (burun balıqqulaqları) fərqli toxumalardır və çox vaxt qarışıq salırlar. Burun-udlaq əti olan adenoid burnun arxa qismində və orta xətdə, burun-udlaq bölgəsində olur, daha çox uşaqlarda rast gəlinir. Lakin bəzən böyüklərdə də rast gəlinir.
Digər burun ətləri kimi tanınan burun balıqqulaqları isə burun girişinin yan divarında yerləşir, daha çox böyüklərdə problem yaradır. Lakin uşaqlarda da onlar vardır, hər burun boşluğunda 3 ədəddir (aşağı, orta, yuxarı balıqqulağı, türkcə - konka). Burun balıqqulaqlarının hipertrofiyası (böyüməsi) infeksiyaların, allergiyanın, müxtəlif qıcıqlandırıcıların hesabına, həmçinin kompensator olaraq və s. bu kimi müxtəlif səbəblərdən böyüyə bilir.

Burun-udlaq ətinin böyüməsinə uşaqların uşaq baxçasına getdiyi dövrlərdə, yəni 3-5 yaş arasında daha tez-tez rast gəlinir.Tez-tez keçirilən infeksiyalar və allergiyanın varlığı burun-udlaq ətinin böyüməsində ən önəmli səbəblərdir. Bu səbəbdən yuxarı tənəffüs yollarının erkən müalicəsi və allergiyanın kontrol altına alınması adenoidin daha artıq böyüməsinin qarşısını ala bilir.
Adenoidektomiya hansı hallarda edilir? Adenoidektomiya Əməliyyatına göstərişlər
Adenoid xroniki burun tıxanıqlığına, tez- tez ağzı açıq yatma, bəzən xoruldama, yuxu apnoesi, udma və danışma pozulmaları, çənə-diş inkişafında pozulmalara səbəb ola bilir. Uzun muddətli tam burun tıxanıqlığı inkişaf geriliyinə, ürək-ağ ciyər problemlərinə (cor pulmonale) səbəb ola bilir. Tez-tez burun tıxalı olan və ağızdan nəfəs alan uşaqlarda “adenoid sifət” deyilən görünüş formalaşır. Bu üz görnüşündə üzün orta qismi basıq, ağız çox vaxt açıq, üst çənə önə doğru çıxıq, damaq quruluşu içəridə sərt damaq qübbəli, dar bir hal alır. Dişlərdə qapanma problemləri yaranır, dişləm pozulur. Belə hallarda bəzən xəstələr öncə ortodontistə gedirlər, breket qoydururlar. Lakin bu zaman adenoid toxuması kəsilməzsə, breketin faydası olmur, belə ki, çənədə yenə problem yaranır, üst damaq önə doğru çıxır.
Adenoid hipertrofiyası (burun ətinin böyüməsi) olan uşaqlarda yuxu keyfiyyəti aşağı düşür, tez- tez yuxuda o üz-bu üzə çevrilirlər, narahat yuxu halları olur, başlarını geriyə ataraq daha rahat nəfəs almağa çalışırlar. İştahasızlıq, yuxu keyfiyyətindəki pozulmalar yuxuda böyümə hormonunun ifrazındakı pozulmalarla əlaqədar olaraq böyümə və inkişaf geriliyi yaranır.
- Nadirən olsa da, belə uşaqlar insulin dirəncinə bağlı olaraq artıq çəkili ola bilir.
- Xroniki və ya təkrarlanan adenoidit, sinusit, orta qulaq iltihabı (otitis media) və ya orta qulaqda maye toplanması (eksudativ otit) kimi problemlərin ildə 3-4 həftə və daha artıq təkrarlanır.
- Təkrarlanan aşağı və yuxarı tənəffüs yolları infeksiyaları, dərman müalicəsilə nəzarət etmək çətinləşən astma və tənəffüs yolu allergiyaları və s. hallar artıq adenoid toxumasının kəsilməsi üçün göstəriş sayılır.
Adenoidektomiya əməliyyatına əks göstərişlər nələrdir?
Qanaxma diatezi (qanın laxtalanması ilə əlaqədər pozulmalar), nəzarət edilə bilməyən xəstəliklər, şəkər xəstəliyi, yüksək təzyiq və anesteziya baxımından risk olduğu hallarda, qanazlığı, aktiv infeksion dövr kimi hallar müalicə edilmədən adenoidektomiya əməliyyatı edilməməlidir.
Yarıq damaq, Velofarinqeal yetməzlik, nevroloji xəstəliklərlə əlaqədar əzələ hipotoniyalarında adenoid tamam kəsilməməlidir yəni adenoid toxumasının bir hissəsi kəsilməsi əməliyyatı həyata keçirilməlidir.
Allergiyanın nəzarət altına alınması adenoidin daha artıq böyüməsinin qarşısını ala bilir.
Adenoidektomiya necə həyata keçirilir?
Adenoidektomiya əməliyyatı ümumi anesteziya altında edilir. Əməliyyatdan öncə adi qaydada qan analizləri və anestezioloqun (narkoz həkiminin) dəyərləndirməsilə əməliyyata mane olan bir vəziyyət olub olmadığı kontrol edilir. Əməliyyatın özü təxminən 10-15 dəqiqə davam edir. Xəstənin yuxudan oyanması ilə bərabər ortalama müddət 45 dəqiqədir. Əməliyyatda müxtəlif alətlət və metodlar istifadə olunur. Bunlar adenotom, küret, elektrokoter, mikro debrider, lazer və s. olaraq sayıla bilər. Adenoid toxuması burun udlaqdan vizual olaraq (görmə nəzarəti altında) təmizləndiyi zaman, adenoid qalıqlarının qalması və təkrar əmələ gəlməsi ehtimalı sıfıra yaxınlaşır.
Bu əməliyyatın düzgün olunması o cümlədən, əməliyyatdan sonra qalıqların və fəsadlaşmaların olmaması üçün Patent verilmiş 4 alət təklif etmişik. Bu alətlər görmə nəzarəti altında adenoidin tam kəsilib götürülməsi, onun yerində qalıqların qalmaması, olan qanaxmaların görərək saxlanılması imkanı verir.
Adenoidektomiyadan sonrakı dövr və qidalanma necə olur?
Əməliyyatdan sonra xəstəyə 4-5 saat ərzində nəzarət olunur, sonra isə xəstə yoxlanılaraq evə yola salınır. Qanaxma risqi olduğu düşünülən xəstələr bir gecə klinikada saxlanılır. Əməliyyat sonrasında soyuq və yumşaq qidalardan başlayıb ilıq və qatı qidalara qədər kiçik bir pəhriz həyata keçirilir. Badamcıq (boğaz əti) əməliyyatı sonrasında olduğu kimi ciddi bir pəhrizə keçmək vacib deyil, dərsə gedən uaşaqlara 1 həftə istirahət məsləhət görülür. Qaçmaq, tullanmaq kimi kəskin hərəkətlər etmək məsləhət görülmür. İlk 3-4 günün evdə nəzarət altında keçirilməsi məsləhətdir.
Adenoidektomiya əməliyyatından sonra fəsadlar nələrdir?
- Qanaxma adenoidektomiya əməliyyatından sonra 0.5% hallarda görülür. Əsas qanaxmalara əməliyyatdan sonra ilk 24 saatda rast gəlinir. Lokal (yerli) müdaxilələrlə qarşısı alınmayan hal olduqda təkrar əməliyyatxanaya qaytarılıb orada qanaxmanın saxlanılması məsləhət görülür.
- Velofaringeal yetməzlik 0.3 ― 0.6% hallarda görülə bilir. Uşaqlarda əksərən keçib gedən haldır və adətən 2-4 həftədə düzəlir. Udma əsnasında yumşaq damağın – burun udlağı tam qapamaması nəticəsində qidaların burun udlaq və buruna keçməsi halı nadirən rast gəlinə bilir.
- Tortikolis
- Antroaxanal sublüksasiya
- Nazofaringeal stenoz
- Yevstax borusunun zədələnməsi
- Anesteziyaya bağlı fəsadlaşmalar və s. kimi fəsadlara ədəbiyyatlarda rast gəlinir.