Total Septal Rekonstruksiya

 

Burun arakəsməsi (burun çəpəri)     hər iki burun dəliyini ortadan iki hissəyə ayıran bölmədir. O, öndə qığırdaqdan, arxada isə sümük quruluşdan ibarətdir. O burnu dəstəkləyir, hava axınının keçişini təmin edir və burnun iç döşəməsinə (selikli qişa) zəmin hazırlayır. Zəngin bir damar şəbəkəsi ilə qidalanır. Septumun  əyri olması burundan nəfəs almağı və buna bağlı olan bir çox problemi qarşımıza çıxarır. Xoruldama və yuxu apnoesi bunlardan bir neçəsidir. Əməliyyatda əyri hissənin çıxarılıb atılmasına selikliqişaaltı (submukoz) rezeksiya deyilir. Septoplastikada isə Septal rekonstruksiya həyata keçirilir. Hətta bəzən bütün septuma tətbiq edilir ki, buna da total septal rekonstruksiya deyilir. Kobud deformasiyalar olduqda (travmatik burunlar və ya idmançı burunları) burun arakəsməsini yerində düzəltmək olmur. Ona görə də xüsusi qaydalara riayət edərək burun arakəsməsi çıxarılıb kənarda karkas (L strat) hazərlanır.

 

 

Karkasın ön ayaqcığı ön burun tininə (spina nasalis anterior) PİEZO və ya xüsusi cərrahi drellə dəlinərək sapla fiksasiya olunur. L stratın yuxarı hissəsi də burun sümüklərinə fiksasiya olunur, yoxsa burun arxası aşağı düşər, yəhərvarı burun alınar. Bundan sonra digər düz hissələr də düzəldilərək selikli qişalar arasına qoyulub fiksasiya olunur. Hər iki burun boşluğuna borulu slikonlar qoyularaq əməliyyat sonlandırılır.

Bu əməliyyat estetik burun əməliyyatı ilə eyni vaxtda tətbiq edilə bilər. Septumdan əldə edilən qığırdaqlar estetik burunun inşasında istifadə oluna bilir.

Dr. Məzahir Quliyev

Lor cərrah / lor həkimi

Həkimlə əlaqə saxlamaq və ya qəbula yazılmaq üçün aşağıda qeyd olunmuş telefon nömrəsinə zəng edə bilərsiniz.