FESC (funkisiyonal endoskopik sinus cərrahiyəsi)
Endoskopik sinus cərrahiyyəsi (ESC) nədir?
Endoskop ucunda işıq və optik linzalar olan bunun sayəsində bir ucundan baxıldığında digər ucunda monitorda görüntünü birbaşa görmək imkanı yaradan alətlərdir.Qulaq burun boğaz başda olmaqla qastroenterologiya(mədə bağırsaq), urologiya, ortopediya, ümumi cərrahiyyə, ginekologiya, döş qəfəsi cərrahiyyəsi kimi bir çox ixtisas sahələrində fərqli qalınlıq və uzunluqda endoskoplar itsifadə olunur. Qulaq burun boğazda adətən 4mm, 2.7mm diametrli endoskoplar istifadə olunur. Endoskopun ucundakı linzanın yerləşməsinə görə 0˚,30˚,45˚,90˚,120˚ bucaqlı endoskoplar vardır.

Endoskoplar burun içərisində bir başa görə bilmədiyimiz qaranlıq, nahiyyələrin və patoloji toxumaların aydın bir şəkildə görünməsini təmin edirlər.
Endoskoplar kamera sistemilə birləşdirilir görüntü eyni zamanda monitora bir başa verilir. Görüntülər böyüdülə bilir və HD keyfiyyətində qeyd edilə bilir.
Endoskoplardan istifadə olunaraq burun ətrafındakı boşluqlarda aparılan əməliyyatlara endoskopik sinus cərrajiyyəsi (ESC) deyilir.
Uzun illərdən bəri bütün dünyada və bizim ölkədə geniş olaraq həyata keçirilməkdədir.
Bunlar aşağıdakılardır.
- Xroniki (dərman müalicəsinə tabe olmayan) sinusitlərin (Haymorit, etmoidit, frontit, sfenoidit) müalicəsi
- Burun polipi
- Antraxoanal polip
- Burun ətlərinin kiçildilməsi
- Burun ətrafı ciblərdə kista
- Burun və burun ətrafı ciblərin şişləri
- Beyin onurğa beynin mayesi axması (likvorreya), orbital dekompressiya, optik sinir dekompressiyası (göz sinirinin təzyiqdən sıxılmaqdan qurtulıması əməliyyatı)
- Dakriosistorinostomiya (tıxanmış göz yaşı kanalının açılması), xoanal atreziyanın aradan qaldırılması.Burundan yad cismin çıxarılması, burun qanaxması kontrolu, hipofiz vəzi şişləri, beyin əsası cərrahiyyəsi. Endoskopik septoplastika, yevstax borusu problemləri.
ESC-nin stünlükləri nələrdir?
Endoskoplar sayəsində burun və üzdə hər hansı bir kəsik aparmadan, tamamən burun içərisində əməliyyat edilir. Ayrıca kllasik üsullarla gedib çata bilmədiyimiz və ya yaxşı görə bilmədiyimiz bölgələri endoskoplarl
anda çox rahat görə bilirik və ora gedib çata bilirik.