Burun cəpərində olan dəliyin (Perforasiyanın) bərpası

Burun çəpərində dəlik - perforasiya nədir?

Burun çəpərində (burun arakəsməsində) dəlik və ya perforasiyalar hər iki burun dəliyini bir-birindən ayıran burun çəpəri adlanan arakəsmənin tam şəkildə deşilməsidir. Perforasiyalar müxtəlif səbəblərdən yarana bilir. Bu səbəblərdən ən çox rast gələni cərrahi əməliyyatlardır. Eyni zamanda travma, kokain istifadəsi, birləşdirici toxuma xəstəlikləri, ikitərəfli burun çəpərində koterizasiya, atrofiya, infeksiya hallarında və s.  rast gəlinə bilir.

Burun çəpərində  dəlinmə zamanı qabıqlanma, qanaxma, burundan nəfəs alarkən fit səsinin eşidilməsi, burun tutulması, ağrı, burun və burun udlaq axıntısı kimi simptomlar rast gələrkən xəstələrin bəzilərində heç bir şikayət olmaya bilir. Simptomlar perforasiya böyüklüyü və səbəbinə görə dəyişkənlik göstərə bilir. Burun çəpərinin arxa qismindəki kiçik bir dəlik heç bir əlamət olmadan ön qismində olduqda isə xüsusilə fit səsinə səbəb olur. Perforasiya böyüklüyü artdıqca burun içində laminar hava axını pozulur və turblent axın əmələ gəlir. Bu da quruma,  qabıqlanma və burun tıxanıqlığına səbəb olur. Ayrıca öndə yerləşən böyük bir perforasiya burun arxası dəstəyinin itməsinə yəhərvari burun deformasiyası adlanan burun arxasının çökməsinə səbəb olur. Kokain istifadə edənlərdə infeksion səbəbindən perforasiyalarda isə orta düşük dərəcədə qığrdaq iltihabi ağrıya səbəb ola bilir.

 

Burun çəpərində perforasiya, diaqnoz necə qoyulur?

Burun güzgüsü deyilən alətlə burun qanadları biraz açılaraq burun içi müayinə edilir. Bu müayinə ilə öndəki perforasiya rahatca görülə bilir, burun çəpərinin arxa qismindəki perforasiyaların görülməsi üçün endoskopik müyainə edilir. Endoskopik müayinədə burun endoskopu deyilən ucunda kiçik kamera və işıq olan 2.7 və ya 4mm qalınlığında bir alətlə burun içində müayinə həyata keçirilir. Hər iki müayinə üsulu da, ağrısızdır və qısa sürür, lazım olanda burun ətrafı ciblərin komputer tamoqrafiyası da çəkilərək dəyərləndirmə aparılır.

Burun çəpərində olan perforasiyanın müalicəsi necə həyata keçirə bilir?

Şikayətə səbəb olmayan burun çəpəri perforasiyalarında müalicəyə ehtiyac yoxdur.Burun çəpəri perforasiyalarının müalicəsində başlancığda burunu yumaq, yumuşaldıcı, nəmləndirici məlhəmlər burun çəpərini qapayan septal buton kimi konservativ müalicələr aparıla bilir. Ancaq bu müalicələr əksərən simptomları tam aradan qaldıra bilməz, qalıcı çözüm üçün ən idealı cərrahi əməliyyatdır. Cərrahi qapatma üsulunda burun içində selikli qişa deyilən örtük qaldırılır. Perforasiyaya doğru çevrilir və ya yaxınlaşdırılır. Daha sonra tikilərək perforasiya qapatılır. Bu prosesi iki tərəfli etmək və təkrar dəlinmə olmaması üçün araya bir baryer qığrdaq, sumuk, fassiya və s.  qoymaq uğuru artırır. Burun çəpəri perforasiyaları uğurlu bir şəkildə qapatılması xüsusilə perforasiyanın yerinə, böyüklüyünə, perforasiya kənarlarında qığrdaq sümük toxumasının varlığına, cərrahi texnikaya və cərrahın təcrübəsinə bağlıdır. Burun çəpərinin dəliyinin çoxu çox zaman septoplastika və selikli qişa altı rezeksiya kimi burun əməliyyatlarındakı selikli qişa zədələnmələri nəticəsində yarandığından qarşılqlı selikli qişalar da olan yırtıqlar əməliyyat zamanı hiss edildiyi anda həmən təmir olunmaldır. Dəlinmiş yerlər tikliməlidir. Kokain istifadə edən adamlarda vegner qranulamatozu kimi xəstəliklərdə iltihabı xəstəliklərdə burun qarışdırma, burunda koter istifadəsi  nəticəsində əmələ gələn perforasiyalarda cərrahi müalicənin uğuru daha aşağıdır. Öndə yerləşən perforasiyaların qapanması şansı arxadakılardan daha çoxdur. Kiçik perforasiyanın (1 sm-dən kiçik) qapanma ehtimalı 90-100%-dir. Böyük bir perforasiyada 2 sm dən böyük qapanma halları 70-80%-dir. Burun çəpərində perforasiya cərrahiyəsində istifadə olunan müxtəlif cərrahi texnikalar vardır.

Dr. Məzahir Quliyev

Lor cərrah / lor həkimi

Həkimlə əlaqə saxlamaq və ya qəbula yazılmaq üçün aşağıda qeyd olunmuş telefon nömrəsinə zəng edə bilərsiniz.