Burun ətinin kiçildilməsi
Burun ətinin böyüməsinin müalicəsi necə ediləbilir?
1. Yataqda baş altına yastıq qoyub yüksəltmək, otağı nəmləndirmək, duzlu suyla burunu yumaq
2. Dərman müalicəsi. Kortizonlu burun spreyləri dekongestanlar (ağızdan və ya burun spreyi şəklində istifadə oluna bilir) 5-7 gündən artıq istifadə olunmamalı. Ağızdan dərman tablet şəklində olanları yüksək təyziq ürək xəstəliyi ritim pozqunluğu prostat vəzi adenoması, göz təyziqi olanlarda və hamilələrdə istifadə olunmamalı, Antihistaminlər (allergiya dərmanları)
3. Aşağı burun balıqqulaqlarının Radiofrekansla destruksiyası
Yerli keyləşmə (lokal anesteziya ) ilə asanlıqla həyata keçiri
lə bilir.Aşağı burun balıqqulaqları üç fərqli nöqtədən bir iynə batırılır. İynənin ucunda məhdud bir bölgədə isti yaranır. İstinin yaranmasının məhdud bir əraziyə təsiri olduğundan burun balıqqulaqları selikli qişasına zərər vermir , bu metod həyata keçirilən proses hər bir burun balıqqulağı üçün ortalama 5-10 dəqiqə çəkir. Öncə balıqqulaqları ödemləşir, şişir üç həftədən sonra həyata keçirilmiş proses olan bölgələrdə büzüşmə başlayır və 1.5 ay sonra büzüşmə tamamlanır. Demək olar ki qanaxma müşahidə edilmir və xəstəxanada qalmağa ehtiyac olmur, səhərisi gün işinizə dönə bilirsiniz. Ədəbiyyatlarda 80-90% hallarda effekt müşahidə olduğu göstərilir. Radiofrekans prosedurundan həmən sonra balıqqulaqlarının yana doğru redressasiyası (sıxışdırılması - laterokonxopeksiya) prosesi də icra olduqda effekt daha yaxşı görünür. Fərdi olaraq radiofrekansı uşaqlarda qan sulandırıcı istifadə edən xəstələrdə, burun tıxanıqlığının səbəbi sadəcə orta burun balıqulaqlarının böyüməsi olduğunu düşündüyüm xəstələrdə, burun balıqqulaqları sümüyünün böyük olmadığı xəstələrdə, ümumi anasteziya alması risqli olan xəstələrdə, cərrahi müalicə istəməyən və yaxud qısa müddətdə işə dönməsi lazım olan xəstələrdə məsləhət görürəm.
Burun ətinin hipertrofiyasının (böyüməsinin) Cərrahi müalicəsi
Aşağı burun balıqqulaqları üzərində aparılan cərrahiyyə əməliyyatları ümumi anesteziya, lokal (yerli) anesteziya və intravenoz sedasiya dediyimiz tam yatırılmadan həyata keçirilə bilir. Günümüzdə balıqqulaqları selikli qilşasını qoruyaraq burun ətinin içəridən kiçildildiyi texnikalar daha çox tətbiq olunur. Burada məqsəd əlavə təsiri ən az, sağalma müddəti daha qısa, əməliyyatdan sonra qanxma və qabıqlanmanın( yara yerində qaysaqlar) daha az və
nəhayət nəticələrin daha uğurlu olduğu texniklardan istifadə etməkdir. Endoskopik olaraq selikli qişa altı (submukoz) burun balıqqulaqlarının reduksiyası dediyimiz əməliyyatda mikro debrider deyilən alətlə balıqulağının üzərini örtən mukozaya ( selikli qilşaya) zərər vermədən altdakı yumuşaq toxuma artıqlığı bir yandan götürülür, bir yandan sorucu mexanizm ilə çəkilərək ordan kənarlaşdırılır. Əməliyyat hər bir balıqqulağı üçün ortalama 10-15 dəqiqə sürür, 1-2 gün qalmaq şərtilə tampon qoyula bilir. Xəstə eyni gündə evinə göndərilə bilir.Tamponlar çıxarıldıqdan sonra 2-3 gün yüngül sızıntı şəklində qanlı-selikli ifrazat ola bilir. Sağalma müddəti bir neçə həftə burun içində qabıqlanma ola bilir. Bu qabıqlar fizioloji məhlul ilə yumuşaldılaraq təmizlənir. Əməliyyatdan sonra 5-7 gün istirahət məsləhət görülür, ancaq ortalama 5 gün sora yüngül işdə işləyirsə, işinə başlaya bilir, səyahət edə bilir. Əməliyyatdan 10 gün sonra burnunza normal su çəkə bilərsiniz, yüngülcə fınxırıb təmizləyə bilərsiniz. Keçmiş illərdə kiçildilmə üçün daha çox lazer istifadə olnurdu. Ancaq əməliyyatdan sonra qabıqlanma, ağrı, əlavə maliyyət səbəbindən və günümzdə istifadə edilən texnikalardan üstünlüyü olmadığından artıq məsləhət görülməməkdədir. Balıqqulaqları burun funksiyalarının vazgeçilməz toxumalarıdır, bu səbədən artıq miqdarda kiçildilmə və tamamının kəsilməsi çox probləmlər yaradır və qəbul olunmazdır.
Əgər balıqqulağı kəsilərsə, buna konxotomiya deyilir. Konxotomiya (FOTO) hissəvi və total (tam) ola bilir. Balıqqulaqlarını tam kəsdikdə nəticə etibarilə burunda qurumanın əmələ gəlməsinə (boş burun sindromu) gətirib çıxara bilir. Burundan rahat hava keçsə də həmin adam havanın keçdiyini hiss etmir, burunda güclü quruma, qabıqlanma və pis qoxu yaranır. Odur ki günümüzdə böyüklərdə və hətta uşaqlarda belə cərrahi müalicə yerinə radiofrekans ilə kiçildilmə məsləhət görülür. Aşağı burun balıqqulaqlarının Rdiofrekansla kiçildilməsi (destruksiyası) daha güvənilir və zərərsizdir. Əməliyyat 5-10 dəqiqəlik bir prosedurdur. Bu zaman əməliyyatdan sonra tampona belə ehtiyac olmur. Əməliyyatdan sonra dəniz suyu deyilən duzlu su və yağlı məlhəmlər istifadə olunur. Sağalma 2-3 həftə ərzində iş fəaliyyətinə mane olmadan aparılan qulluq fonunda baş verir.