Septoplastika
Burun çəpərinin əyriliyi nədir?
Burun tənəffüsünün çətinləşməsi insanlar arasında ən çox rast gələn şikayətlərdəndir.Yaşlı adamların təqribən üçdə birində Xronik burun tutulması müşahidə edilir. Burun tutulmalarının da ən çox rast gələn səbəbi isə burun çəpərinin (burun arakəsməsinin) əyriliyidir. Burun çəpəri (arakəsməsi) (Nasal septum)hər iki burun dəliyini bir-birindən ayıran ortadakı divara, arakəsməyə deyilir.
Hansı şikayətlərə səbəb olur?
1. Burun tutulması, ağzı açıq yatmaq, xoruldamaq.
Ümumiyyətlə əyrilik olan tərəfdə daimi tutqunluq, digər tərəfdə isə burun ətinin (aşağı burun balıqqulağının) tədricən şişməsi (kompensator hipertrofiya) hesabına dəyişkən olaraq tututlub açılma baş verir.
Burun tənəffüsünün çətinləşməsi insanlar arasında ən çox rast gələn şikayətlərdəndir.Yaşlı adamların təqribən üçdə birində Xronik burun tutulması müşahidə edilir. Burun tutulmalarının da ən çox rast gələn səbəbi isə burun çəpərinin (burun arakəsməsinin) əyriliyidir. Burun çəpəri (arakəsməsi) (Nasal septum)hər iki burun dəliyini bir-birindən ayıran ortadakı divara, arakəsməyə deyilir.

Bu arakəsmə öndə qığırdaq, arxa hissədə isə sümük toxumasından ibarətdir.

Üzəri selikli qişa ilə örtülüdür. Burun arakəsməsinin orta xətdən sağa və ya sola əyilməsinə burun çəpərinin əyriliyi deyilir

Əslində yaşlı adamların təqribən 80% -də az ya da çox dərəcədə çəpər əyriliyi rast gəlinir. Bəzən heç bir şikayətə səbəb olmur, təsadüfi müayinə zamanı aşkar olunur və belə halda əməliyyata da ehtiyac olmur. Lakin şikayətlərə (burun tənəffüsünün çətinləşməsi, ağzıaçıq yatmaq, başağrıları, xroniki sinusitlər və s.) səbəb olduğu zaman əhəmiyyət kəsb edir və şikayətlərlə əyrilik arasında əlaqənin olub olmaması ətraflı müayinə olunaraq araşdırılmalıdır.
Burun çəpərinin əyriliyi nədən olur?
Burun çəpəri əyriliyinin ən önəmli səbəbi burun travmalarıdır. Bu travmalar ana bətnindəki travmalardan, anadan olduğu zaman və sonrakı dövrdə olan travmalardan( iməkləmə zamanı, məktəbdə, idmanda və s.) ibarətdir. Ancaq ən çox uşaqlıq dövründəki kiçik və ya böyük travmalar nəticəsində burun arakəsməsinin (çəpərinin) müxtəlif böyümə nöqtələri qıcıqlanır, qığırdaq sintezi artır və böyüməyə davam etdikcə burun çəpəri qığırdaq və ya sümük hissədən əyilməyə başlayır. Bəzən burun çəpəri qığırdağında qırıq xətti yarana bilir.Travmanın şiddətinə və istiqamətinə görə əyriliyin şiddəti, şəkli və istiqaməti dəyişir. Bu travmalar bəzən burnun xarici görünüşünü də poza bilir.
Hansı şikayətlərə səbəb olur?
1. Burun tutulması, ağzı açıq yatmaq, xoruldamaq.
Ümumiyyətlə əyrilik olan tərəfdə daimi tutqunluq, digər tərəfdə isə burun ətinin (aşağı burun balıqqulağının) tədricən şişməsi (kompensator hipertrofiya) hesabına dəyişkən olaraq tututlub açılma baş verir.

Xəstələr adətən fərqinə belə varmadan əyrilik olan tərəfə yatdıqda daha rahat nəfəs alırlar. Əyriliyin dərəcəsi dəyişməsə belə səbəb olduğu burun tutulması və narahatçılıq hissi özünü insanlarda 30 yaşından sonra daha çox biruzə verir. Ağzı açıq yatmaqla əlaqədar olaraq xüsusilə sabahlar boğazda quruma, yapışqanlıq hissi olur.Yuxu keyfiyyəti xeyli dərəcədə pisləşir və adətən yuxudan yorğun şəkildə ayılırlar. Eyni zamanda burunda rahat nəfəs ala bilməmək işgörmə qabiliyyətini bir qədər aşağı salır.
2. Tez-tez təkrarlanan yuxarı tənəffüs yolu infeksiyaları (sinusit, faringit və s. ); Ciddi burun çəpər əyriliyi olan adamlar daha çox yuxarı tənəffüs yolu xəstəlikləri keçirirlər və yaxşılaşmaları adətən daha çox zaman alır.
3. Təkrarlanan burun qanaxmaları; Xüsusilə kəskin çıxıntı şəklində əyri olanlarda çıxıntı olan yerdə səlikli qişa incəlir, quruyur və tədricən burun qanaxmasıma səbəb ola bilir.
4. Qoxubilmənin çətinləşməsi; Əyrilik burun içərisinin üst qismində yerləşən qoxubilmə nahiyəsinə qoxu molekullarınaın gedib çatmasına mane olaraq qoxubilmə qabiliyyətinin çətinləşməsinə səbəb ola bilir.
5. Üz bölgəsində ağrının olması; Burun çəpərində olan əyriliklər bayır divarın selikli qişalarına söykənərək, (xüsusilə daraq çıxıntılar) reflektoru baş ğrılarının əmələ gəlməsinə səbəb ola bilir(yuxarıdakı şəkildə daraq çıxıntı şəklində əyrilik görünür). Bu cür ağrılar adətən üzün ön bölgəsində olur və küt xaraktetrli olurlar. Çox şiddətli olmurlar, lakin çox narahatçılığa və diskomforta səbəb olurlar.
6. Burun-udlaq axıntısı;
7. Burun çəpərinin əyriliyi birbaşa ürək və ağciyər xəstəliklərinə səbəb olmurlar, lakin mövcud olan xəstəliyi artırırlar, onun şiddətlənməsinə səbəb olurlar.