Revizyon Rinoplastika

Revizyon rinoplastika təkrarı rinoplastik

a

Revizyon rinoplastika təkrarı rinoplastika əməliyyatına deyirlər. Əvvəlcə bir dəfə olunmuş və ya keçirilmiş əvvəlki rinoplastika əməliyyatının pis nəticələrini aradan qaldırmaq üçün həyata keçirilən bir əməliyyatdır.Terminaloji nöqteyi  nəzərdən bəzi müəlliflərə görə mübahisələr vardır, belə ki, bəzilərinə görə cərrahın özünün etdiyi əməliyyatın xoşagəlməz nəticələrini düzəltmək üçün edilən ikinci əməliyyata revizyon rinoplastika, başqa cərrahlarınkını düzəltməyə  ikincili rinoplastika (sekonder rhinoplasty) deyilir. Ancaq daha çox istifadə olunan ilk əməliyyatın kimin etməsindən asılı olmayaraq və 2-3-cü və ya daha çox edilən düzəltmə əməliyyatına revizyon rinoplastika deyilir. Onu da qeyd etmək lazımdır ki, rinoplastika məliyyatı hər xəstədə mütləq arzuolunan nəticəni vermir. Bəzən əməliyyatdan sonra arzuolunmayan nəticələrlə rastlaşıla bilir. Belə ki, burun ucu sıxılmış, daralmış, geniş, asimmetrik, düşük, yerini dəyişmiş və ya çox qalxmış, həddindən artıq qısalmış və qalxıq (donuz burnu) görünüşdə də ola bilir. Burun dəlikləri asimmetrik və ya geniş ola bilir, burun yan divarında çökmə (alar kollaps) və nəfəs alma çətinliyi ola bilir.Burun arxasında donqarlıq qala bilir, burun arxasında çökəklik əmələ gələ bilir.Burunda qığırdaq hissəsində lazım olandan az alındığı zaman tutu quşu burnu (polibeak) görünüşü və yaxud artıq miqdarda alınması nəticəsində burun arxasında çökmə (saddle nose) ola bilir. Burun orta qismində tərs V görnüşü, əyri burunda əyriliyin davam etməsi, burun arxasında nahamarlıqlar, burun içi və xaricində artıq miqdarda güclü birləşdirici toxumanın əmələ gəlməsi, dəri və yumuşaq toxuma problemləri və s. ola bilər.

Əslində birincili rinoplastikadakı estetiik və funksional fəsadlaşmalar təkrarı - revizyon rinoplastikaya göstəriş sayılır və ümumiyyətlə birincili rinoplastikadan sonra 7-15% hallarda revizyon yəni təkrarı əməliyyata ehtiyac ola bilər. Bunların bir qismi kiçik, bir qismi isə böyük revizyon əməliyyat ehtiyacı yaradır. Kiçik revizyonda ilk əməliyyatın nəticəsi qəbul edilə bilir halda olub, lakin kiçik manuplasyalara, xırda düzəlişlərə ehtiyac olduğu zaman edilir. Belə ki, bu zaman xəstə hazırdakı burnun ümumi görünüşü ilə məmnun qala da bilər, lakin kiçik düzəlişlər istəyə də bilər.

Ancaq öncəki rinoplastika əməliyyatı nəticəsində nəzərə çarpacaq dərəcədə qüsurlu şəkil dəyişikliyi varsa, bu artıq böyük revizyon əməliyyatı ehtiyacı yaradır. Uğursuz  rinoplastika əməliyyatı xəstənin özgüvənini azaldır və sosial fəaliiyətlərinin də azalmasına gətirib çıxara bilir. Rinoplastikada uğursuzluğun bir çox səbəbi vardır, ən sıx səbəb isə əməliyyat əsnasında edilən xətalardır. Lakin uğursuzluğun səbəbi əməliyyatdan asılı olmayaraq toxumanın pis sağalması, kobud çapıq (fibroz) toxumasının yaranması, qığıdaq toxumasının sorulması(rezorbsiya), qoyulmuş qreftlərin yerini dəyişməsi, tikişin boşalması, dərinin keyfiyyətinin pis olması, əməliyyatdan sonra qulluğun düzgün olmaması, infeksiyalaşma və s. bu kimi faktorlarla da əlaqədar ola bilər.

Dr. Məzahir Quliyev

Lor cərrah / lor həkimi

Həkimlə əlaqə saxlamaq və ya qəbula yazılmaq üçün aşağıda qeyd olunmuş telefon nömrəsinə zəng edə bilərsiniz.